İş adamı azərbaycanlı zabitin Azərbaycana gətirilməsində göstərdiyi xidmət barədə niyə susur?
Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyasında iş adamı, Rusiya prezidenti Vladimir Putinin dostu Ilham Rəhimovun böyük rolu olduğu barədə məlumat vermişdik. Bu məsələ ilə bağlı redaksiyamıza növbəti məlumatlar daxil olub.
Həmin məlumatlarda bildirilir ki, Ramil Səfərov Azərbaycana gətirilən gün Ilham Rəhimovla sıcaq münasibətləri olan nazirlərdən biri (bəzi məlumatlara görə, bu, ədliyyə naziri Fikrət Məmmədov olub) iş adamına telefon açıb. O, Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasında göstərdiyi xidmətə görə Ilham Rəhimova təşəkkür edib. Həmçinin bildirib ki, bütövlükdə hakimiyyət və ölkə başçısı Ilham Əliyev onun bu xidmətini yüksək qiymətləndirir. Nazir əlavə edib ki, lakin bu məsələdə Ilham Əliyevin də xidməti az olmayıb. Ona görə də Ramil Səfərovun Azərbaycana ekstradisiyası Ilham Əliyevin xidməti kimi ictimaiyyətə çatdırılacaq. Ilham Rəhimov nazirin eyhamını dərhal başa düşüb və bu məsələyə etiraz etmədiyini deyib. Bu baxımdan da Ramil Səfərov məsələsində iş adamının adı çəkilməyib. Sanki onun bu işdə heç bir əməyi olmayıb.
Halbuki məlumatlara görə, Ilham Rəhimov 3 il imiş ki, Ramil Səfərovun ekstradisiya məsələsilə məşğul olurmuş. O, azərbaycanlı zabitin Azərbaycana gətirilməsinə nail olmaq üçün bütün potensialını işə salıb. Hətta onun bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putindən də dəstək istədiyi bildirilir. Bu məsələdə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun da Ilham Rəhimova böyük dəstək verdiyi deyilir.
Hikmət