Qatarlar “Həzi Aslanov-İçərişəhər” və “Həzi Aslanov-İnşaatçılar” istiqamətlərində hərəkət edəcək
Bu gün 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər Bakı Metropoliteninin 5 stansiyası işləməyəcək. Yeni – Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin “20 Yanvar-Dərnəgül” sahəsi bağlanacaq. Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, həmin müddət ərzində “20 Yanvar-Dərnəgül” və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların (“20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”) xidmətindən istifadə edə bilməyəcəklər.
Bu müddət ərzində Bakı Metropoliteninin qatarları “Həzi Aslanov-İçərişəhər” və “Həzi Aslanov-İnşaatçılar” istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.
Bu gün metronun 5 stansiyası bağlanır
•