Hakimiyyətdə “təhsil savaşı”

Ödənişli təhsilin ləğvi məsələsi qrupları üz-üzə qoyub

Bu günlərdə YAP-çı deputat Məlahət Ibrahimqızı ödənişli ləğv oluna biləcəyini söylədi. Deputatın iddiasına görə, Azərbaycanda dövlət universitetləri ödənişli təhsili ləğv etmək iqtidarındadır və yaxın vaxtlarda belə bir addım atıla bilər.
“Azadlıq”a daxil olan məlumatlara görə, ödənişli təhsilin ləğv olunması məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. Məlumatlarda bildirilir ki, hakimiyyətdə bu məsələ ətrafında ciddi müzakirələr gedir. YAP iqtidarında düşünürlər ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində xalqın dəstəyini qazanmaq belə bir addım zəruridir. Yəni, hökumət ödənişli təhsili ləğv edərək bundan seçki təbliğatında yararlanmaq istəyir. Lakin bu təklif hakimiyyətdə birmənalı qarşılanmır. Rektorların təmsil olunduğu qruplar bu təşəbbüsü irəli sürənlərə qarşı sərt təpki göstərib. Beləliklə də hakimiyyət daxilindəki qruplar arasında yeni ziddiyyətin əsası qoyulub.

Azad