ulduz fali

Günün ulduz falı (05.09.12)

QOÇ

Yaradıcılıq potensialınız yüksəkdir. Ona görə də gündəlik işlərlə kifayətlənmək düzgün olmazdı. Fantaziyalarınıza nə qədər geniş yer versəniz, bir o qədər də gününüz maraqlı keçəcək. Xarici dili mənimsəmək bu gün asan olacaq və ədəbiyyat sahəsində uğurlar gözlənilir.

BUĞA

Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan danışıqlar üçün əlverişli zamandır. Bu gün xüsusilə o cütlər üçün vacib olacaq ki, onlar tez-tez mübahisə edir və yekdil rəyə gələ bilmirlər. Yalnız bu gün münasibətləri yoluna qoyacaq qərarı verəcəksiniz. Bu da hadisələrin sonrakı gedişinə öz təsirini göstərəcək.

 ƏKIZLƏR

Işgüzar danışıqları kənara qoyun, xüsusən də qarşı tərəf təşəbbüsün sizin tərəfinizdən göstərilməsini gözlədiyi halda. Bu gün məsələ ilə bağlı vədlər verməyiniz və yaxud da müqavilə imzalamağınız yersiz olar. Şəxsi müstəvidəki münasibətlərin inkişafı da həyəcanverici olacaq. Qarşı tərəfin addımı sizi təbdən çıxaracaq.

XƏRÇƏNG

Kənar şəxslərin müdaxiləsi olmadan sərbəst hərəkət üçün əlverişli gündür. Çox çətin işlərinizi təxirə salın. Ulduzlar bildirir ki, bu gün hökumət orqanlarına müraciət etmək məqsədilə hazırladığınız sənədi rəsmiləşdirə bilərsiniz. Sizə aidiyyəti olmayan məsələ barədə sual verməklə özgələrinin işinə qarışmayın.

ŞIR

Bu gün ətrafdakılara sübut etməlisiniz ki, sizin mövqeyiniz dəyişməzdir. Reklam xarakterli təqdimat məclisləri keçirə bilərsiniz. Ümumiyyətlə, gün ictimai tədbirlərdə iştirak etmək üçün uğurludur. Bürcün tənha nümayəndələri üçün isə yeni tanışlıq gözlənilir.

QIZ

Düşünülmüş addımlarınız, hər hərəkətə görə cavabdehliyinizi dərindən dərk etmək bacarığınız sizi həmkarlarınızın və hörmətli adamların yanında çəkinizi artıracaq. Bu gün biznes-kommersiya xarakterli planlar qurmaq olar. Şəxsi həyata gəlincə, ulduzlar bildirir ki, hər hərəkətinizə diqqət yetirməyiniz vacibdir.

TƏRƏZI

Işgüzar müstəvidə problemləriniz yavaş-yavaş həll olunur. Bu isə sizi sevindirməyə bilməz. Düzdür, işgüzar məsələlər bir balaca gərgin olaraq qalır. Çünki müttəfiqləriniz sizi təəccübləndirəcək. Bununla belə, köhnə əlaqələri qırmağa tələsməyin. Günün sonlarında maraqlı təklif alacağınız ehtimal edilir.

ƏQRƏB

Çətin gündür, riskə getmək olmaz. Eksperimentlər aparmaq  günü deyil. Işgüzarlıq baxımından günün ikinci yarısı daha sakit və uğurlu keçəcək. Şəxsi müstəvidə vəziyyət elə də sadə olmayacaq. Bu sferada sakit başla düşünməyə ehtiyacınız olacaq.

OXATAN

Gün düşünmək və analiz etmək üçün münasib hesab edilir. Amma çalışın ki, reallıqdan çox da uzağa getməyəsiniz. Çünki arzularınız sizi çox uzaqlara apara bilər. Bürcün bəzi nümayəndələri hiss edəcəklər ki, artıq illüziyaların əsirinə çevriliblər. Şəxsi münasibətlərə gəlincə, burada vəziyyət sizin sakitliyinizdən asılı olacaq.

OĞLAQ

Çətinliklər qaçılmazdır, ancaq həmkarlarınızın köməyinə arxalana bilərsiniz. Onlar lazımi vaxtda öz köməkliyini göstərəcəklər. Hüquqi məsələləri həll edə bilərsiniz. Maliyyə ilə bağlı sənədləri imzalaya bilərsiniz. Gün, əsasən yorğunluqla yadda qalacaq. Istirahətə zaman ayırın.

DOLÇA

Situasiya özlüyündə yaxşı və xoş olacaq. Bürcün nümayəndələrinin, demək olar ki, hər bir işdə bəxtləri gətirəcək. Xarici müttəfiqlərlə sövdələşmə, işgüzar ezamiyyətin uğurlu keçəcəyi bildirilir. Yeniliyi qaçırmayan “Dolça”ların günü əla keçəcək.

BALIQLAR

Siz bu gün çətin ki, hansısa ciddi işdən yapışa biləsiniz. Təəssüf ki, bu günə ulduzlar sizin üçün maraqlı heç nə hazırlamayıb, gündəlik baş verənlərlə keçinməli olacaqsınız. Şəxsi müstəvidə işlər elə də pis getməyəcək. Gün yaxınlara qayğı göstərmək baxımından münasibdir. Hədiyyə etmək də yerinə düşər.