Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib

Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib.

 

Bu barədə hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib bildirib.

 

Qeyd edək ki,  Maykl Pens dekabrda İsrail və Fələstinə səfər etməyi planlaşdırır.