ulduz fali

Günün ulduz falı (04.09.12)

QOÇ
Daha cəlbedici görünmək istəyəcəksiniz. Bu da sizdə uğurlu alınacaq. Teatr, kino, konfranslar və seminarlar günün dinamik keçəcəyindən xəbər verir. Bəzi təkliflər ala bilərsiniz. Qısa zamanda hadisələrin axarına uyğunlaşacaqsınız.
BUĞA
Hisslərinizi gizlətməyin. Bu, sevdiyinizlə yaxşı ünsiyyət qurmağınıza yardım edəcək. Əgər alış-veriş etmək kimi bir niyyətiniz varsa, bu işi günün ilk yarısında etməyiniz sizin üçün daha yaxşı olar.
ƏKIZLƏR
Müstəqil hərəkət etmək hissi ətrafınızdakılardan sizi uzaqlaşdıra bilər. Qarşılaşacağınız adamlar içində romantik bağlılığa can atacağınız adam da olacaq. Münasibətlərin uzunmüddətli və ciddi olmasını istəyirsinizsə, onda ağılla hərəkət edin. Hisslərinizin sizi idarə etməsinə imkan verməyin.
XƏRÇƏNG
Bu gün unutqanlıq ucbatından başınız ağrıyacaq. Romantik əlaqədə olduğunuz adamla münasibətləriniz gərginləşəcək. Hətta ayrılıq da ola bilər. Ulduzlar bir kimsə ilə romantik əlaqə qurmamışdan əvvəl hərtərəfli götür-qoy etməyinizi tövsiyə edir.
ŞIR
Xərcləriniz artacaq. Bu dövrdə şəxsi əlaqələriniz əhəmiyyət daşıyacaq. Sizinlə eyni cür düşünən kəslərlə birlikdə olmaq istəyi baş qaldıracaq. Bu gün açıq danışmaqla daha müsbət nəticələr əldə edə bilərsiniz. Zamandan səmərəli istifadə etməyə çalışın.
QIZ
Sevdiyiniz sizə sadiq olduğu qədər siz ona sadiq olmadığınızı göstərirsiniz. Ani eşqbazlıqlar həyatınızı korlayır. Arzularınızın çoxluğu da bir tərəfdən sizi qarışıq düşüncələrə qərq edir. Bu səbəbdən əlaqələr qurarkən daha diqqətli olmağınız məsləhətdir.
TƏRƏZI
Bu gün gəlir əldə etmək şansınız ola bilər. Bir müddətdir görmədiyiniz bir dostunuzun sizi axtarıb, çox əhəmiyyətli məlumatlar verəcəyi ehtimalı var. Xəbərləri qaçırmamaq üçün ona zaman ayırmalısınız. Bunun faydasını görəcəksiniz.
ƏQRƏB
Bu gün səbriniz və gücünüz yerinə gələcək. Məsuliyyəti dərindən dərk etməklə iş və ailə həyatınız nizamlanacaq. Çalışqanlığınız mukafatsız qalmayacaq. Sizi kədərləndirən münasibətlərdə sevindirici dəyişikliklər ola bilər.
OXATAN
Müsbət xəbərlər ala bilərsiniz. Amma bu məlumatlardan səmərəli istifadə edin. Bütün enerji və fəaliyyətinizi məhz iş və pul mövzusuna istiqamətləndirəcəksiniz. Bu mənada sizin üçün günün ən şanslı tərəfi iş və pulla bağlı olacaq.
OĞLAQ
Ulduzlar bu gün gümrah olacağınızdan xəbər verir. Bu gün əmlak və torpaqla bağlı mövzular önə çıxacaq. Ev, torpaq alışı və ya kirayə götürülməsilə əlaqədar bürokratik əməliyyatlara diqqət yetirməli olacaqsınız. Çünki gözünüzdən yayınacaq kiçik bir iş daha sonra başınızı ağrıda bilər.
DOLÇA
Bu gün bir az pul xərcləyəcəksiniz. Ulduzlar bildirir ki, bu gün hər mövzuda ünsiyyətdə olduğunuz adamla açıq danışmayın. Çünki günün hadisələri göründüyü kimi əlverişli deyil. Olayların mənfi tərəflərini də düşünməlisiniz.
BALIQLAR
Günorta ani bir maddi sıxıntı keçirəcəksiniz, lakin bunun üçün əhvalınızı korlamağa dəyməz. Çünki qısa bir müddətdə çətinliyiniz bitəcək və maddi durumunuz düzələcək. Bir yoldaşınızın bilərəkdən, ya da bilməyərəkdən pulla bağlı bir işinizə maneə törətməsi gözlənilir. Bu gün aldığınız xəbərlərin yanlış mənbədən olduğunu da unutmayın.