Natiq Əliyev Rövnəq Abdullayevdən qisas almağa çalışır
Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsi Azərbaycan Dövlən Neft Şirkətini və “Azəriqaz” Istehsalat Birliyini “istehlakçıların hüquqları, azadlıqları və qanunla qorunan mənafelərinin müdafiəsi” iddiası ilə məhkəməyə verib.
Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb. Məlumatda bildirilir ki, Sənaye və Energetika Nazirliyi birinci instansiya məhkəməsini uduzub və qərardan apellyasiya şikayəti verib. Məlumata görə, iki dövlət qurumu arasındakı məhkəmə çəkişməsinə səbəb əslində sənaye və energetika naziri Natiq Əliyevlə ARDNŞ prezident Rövnəq Abdullayev arasındakı ziddiyyətlərdən qaynaqlanır. Rövnəq Abdullayev ARDNŞ-in rəhbəri təyin ediləndən sonra Natiq Əliyevin oradakı adamlarını işdən çıxarıb. Sənaye və energetika naziri də bunu həzm edə bilmir. Ona görə də hər fürsətdə Rövnəq Abdullayevdən bunun əvəzini çıxmağa çalışır.