Avropa Birliyi Ramil Səfərovun əfv olunması xəbərindən narahatdır. Ancaq Avropa Birliyi Ermənistanı və Azərbaycanı təmkinli olmağa və gərginliyə yol verməməyə çağırır. Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eştonun sözçüsü Kocijancic deyib. Onun bildirdiyinə görə, Brüssel vəziyyəti diqqətlə izləyir və daha çox informasiya almağa çalışır.
O, həmçinin istisna etməyib ki, bu məsələ, Avropa Birliyi səfirlərinin sentyabrın 4-də Brüssel toplantısında müzakirə oluna bilər (“Azadlıq” radiosu).