“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə borclarını qaytarması üçün verdiyi vaxtı bir həftə uzadıb. Sentyabrın 3-də qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev “Media forum” saytına bildirib ki, ayın 10-na kimi nəşriyyata olan borcları ödəyə bilməsələr, “Azadlıq”ın çapı dayandırılacaq.
“Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatına çap xərclərinə görə 14 min manat, kommunal xərclərə görə isə 11 min manat borcu var.
Bu günlərdə nəşriyyat rəhbərliyi qəzetə xəbərdarlıq məktubu göndərərək bildirmişdi ki, sentyabrın 3-dək borclar ödənməsə, qəzetin çapından imtina olunacaq.
“Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çıxır.