Rusiya Xarici İşlər Nazirliyi Ramil Səfərovun Azərbaycana verilməsilə bağlı rəsmi bəyanat verib. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Macarıstanda ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərovun əfvini dərin narahatlıq hissi ilə qəbul edir: “Azərbaycan və Macarıstan hökumətlərinin bu davranışı beynəlxalq səviyyədə, ilk növbədə isə ATƏT-in Minsk qrupunun regionda gərginliyi azaltmaq istiqamətindəki səylərinə ziddir. Həmçinin gözləyirik ki, ATƏT Minsk qrupu mövcud situasiyaya müvafiq qiyməti verəcək”.
Rusiya da Ramil Səfərovla bağlı bəyanat verdi
•