Rusiya prezidenti Sovet İttifaqının qanlı diktatorunun müdafiə sənayesində etdiklərini təkrarlamaq fikrindədir
Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının qanlı diktatoru İosif Stalinin hakimiyyəti dövründə müdafiə sənayesində həyata keçirdiyi islahatların eynisini təkrarlamağı planlaşdırır. Putin Təhlükəsizlik Şurasının son toplantısında Stalinin adını çəkmədən vermədən “1930-cu illərdə müdafiə sənayesində həyata keçirilən dirçəlişin eynisini etməliyik” deyə bildirib.
Xatırladaq ki, Putin bu il keçirilən prezident seçkiləri zamanı rus ordusunu müasirləşdirilməsi layihəsinə növbəti 8 il ərzində 22 milyard rubl (682 milyon dollar) sərmayə qoyulacağı vədini vermişdi. Rusiya hökuməti müasir ordu yaratmaq məqsədiylə 600 yeni döyüş təyyarəsi, 400 ballistik raket və hamısı müasir olmaqla yeni sialtı qayıqlardan ibarət flot alacağıni açıqlayıb. Təxminən 2 milyon rus vətəndaşının çalışdığı müdafiə sektoru Putinə prezident seçkilərində böyük dəstək vermişdi.