Kərbəlaya gedən avtobus qəzaya uğradı: 19 ölü, 20 yaralı

Qəza İran ərazisində baş verib.

Anspress xəbər verir ki, İranda dəhşətli yol qəzası baş verib. “Mehr” agentliyinin yaydığı məlumata görə, qəza nəticəsində 19 nəfər həlak olub, 20 nəfər yaralanıb. Avtobus İraqın Kərbala şəhərinə yollanırmış.

Qəza Şiraz şəhərindən 55 km aralıqda baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb avtobus sürücüsünün diqqətsizliyi olub.