Saakaşvilidən tələbələrə jest

Gürcüstanda əsgərliyə gedən tələbələrin təhsil haqqını dövlət ödəyəcək

12 aylıq hərbi xidmətdən keçən şəxslərin 4 illik təhsil haqqını dövlət ödəyəcək. Belə bir bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili gənclərlə görüşdə bunun üçün dövlətin imkanlarının yetərli olduğunu bildirib.

Saakaşvilinin sözlərinə görə, imtahanlarda minimal bal yığaraq ödənişli ixtisaslara düşən tələbələrə Müdafiə Nazirliyi 12 ay orduda xidmət etməyi təklif edir. Bunun müqabilində dövlət həmin tələbələrin 4 illik təhsil haqqını ödəyəcək.

Prezident həmçinin qeyd edib ki, əgər tələbə orduda 2 il xidmət edərsə, onda dövlət onun magistraturadakı təhsil haqqını da ödəyəcək.