“Atletiko” “Çelsi”ni məhv etdi

Dünən gecə Avropa Superkubokunun yeni sahibinin kimliyinə aydınlıq gəlib. Monakoda keçirilən görüşdə “Çelsi” və “Atletiko” (Madrid) klubları üz-üzə gəlib. Rəqibini 4:1 hesabıyla darmadağın edən “Atletiko” tarixi ərzində ikinci dəfə bu kuboka sahib çıxıb.

Görüşün qəhrəmanı isə Falkao olub. Kolumbiya əsilli futbolçu düz üç dəfə Abramoviçi stadiona gəldiyinə peşman edib.

“Çelsi” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) 1:4
Qol: Falkao, 7 (0:1); Falkao, 18 (0:2), Falkao, 45 (0:3); Miranda, 61 (0:4);Kehl, 74 (1:4)

Lent.az