Rövnəq Abdullayev «Azərsu»nun ərazisini zəbt edib

ARDNŞ prezidenti orada özünə məxsus “Xalq Bank” üçün ofis tikib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev rəhbərlik “Azərsu”dan şəxsi təsərrüfatı kimi istifadə edir.
Bunun sübutu kimi ARDNŞ prezidentinin 20 yanvarda “Azərsu”ya məxsus ərazidə şəxsi obyekt inşa etməsidir. Söhbət “Xalq Bank”ın ofisindən gedir. Bu bank Rövnəq Abdullayevə məxsusdur. “Azərsu” isə ARDNŞ-in tabeliyində olmasa da, Rövnəq Abdullayevin nəzarətindədir. “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynov da ARDNŞ prezidentinin kadrıdır. Görünür, bu baxımdan da Rövnəq Abdullayevin adıçəkilən qurumun iri bir ərazisini zəbt etməsinə göz yumulub.