Azərbaycan Türkiyədə mənzil alışında 3 ölkədən biridir

2017-ci ilin Oktyabr ayında Azərbaycanlılar Türkiyədə 278 mənzil alıblar.

Bu, 2016-cı ilin Oktyabr ayı ilə müqayisədə 6,6 dəfə çoxdur. Ötən ilin Oktyabrında Azərbaycanlılar Türkiyədə 42 mənzil almışdılar.

Azərbaycanlılar Oktyabrda Türkiyədə mənzil alan xaricilər arasında 3-cü yeri tutub.

Bu ilin 10 ayı ərzində isə azərbaycanlılar qardaş ölkədə 789 mənzil alıblar. Bu say ötən ilin 10 ayı ərzində 507 idi.

Azadliq.info