Tunisdə eks-prezidentin 30-dan çox qohunu tutulub

 

Tunisdə devrilmiş president Zine al-Abidine Ben Alinin 33 yaxını həbs olunub. Bu barədə Tunis dövlət televiziyası məlumat yayıb.

 

Bu arada Tunisin müvəqqəti liderləri siyasi məhbusların azad edildiyini bildirib.

Təxminən bir həftə əvvəl 23 il Tunisə rəhbərlik edən Ben Ali Səudiyyə Ərəbistanına qaçıb. Hazırda prezidentin keçmiş siyasi müttəfiqləri müxalifət liderlərini milli birlik hökuməti qurmağa inandırmağa çalışır.