Türkiyə prezidenti yataqda Suriyaya dair hesabatı oxuyur
Türkiyə prezidenti Abdullah Gül Twitter səhifəsində xəstəxanada çəkilmiş fotolarını yayımlayıb. O, fotoları Türkiyənin 30 avqust Zəfər bayramı münasibətilə yazdığı ürək sözlərinə əlavə edib.
“Hərkəsi salamlayıram! Bu gün 30 avqust Zəfər bayramıdır. Bütün vətəndaşlarımı Zəfər bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
Çox istəməyimə baxmayaraq, həkimlərin tövsiyəsi ilə bu bayram tədbirlərində iştirak edə bilmirəm. Hacəttəpə xəstəxanasında müalicəm davam edir. Daaha bir neçə gün burada qalacağam. Sağ olsun, bütün tibbi personal əlindən gələni edir.
Türkiyənin dörd bir yanından sevgi və səmimiyyətlə dolu “keçmiş olsun” mesajları yağır. Salamlarınızı, dualarınızı alıram. Allah hamınızdan razı olsun.
Xəstəxanada vaxtımı boş keçirmirəm, hesabatları yoxlayır, kitablar oxuyuram. Ən qısa zamanda sizlərə yenidən qovuşmaq ümidi ilə hamınızı Uca Allaha əmanət edirəm!”.
Xatırladaq ki, Gül qulaq ağrısı diaqnozu ilə bir neçə gündür Hacəttəpə Universitetinin tibb fakültəsi xəstəxanasında müalicə alır.
Türkiyə mediasının cavab axtardığı suallardan biri isə prezidentin xəstəxana şəraitində hansı hesabat əv kitabları oxumasıdır. “Hürriyet” qəzeti iddia edir ki, Gülün araşdırdığı hesabat Suriya ilə bağlıdır. “Gül “Çatışma/Operasyon Bölgeleri Önemli Gelişmeler 20-26.08.2012” başlıqlı Suriya hesabatını oxuyor. Hesabatda iç savaşın yaşandığı Suriya bölgəsinin xəritəsi və toqquşmalarla bağlı qrafik və bilgilər yer alır”, – deyə qəzet yazır.