Mursi Əsədi “zalım” adlandırdı

“Zalım rejimə qarşı mübarizə aparan Suriya xalqının yanında olmaq insanlıq borcumuzdur”

İranın paytaxtı Tehranda keçirilən Qoşulmayanlar Hərakatının toplantısında Misir-Suriya gərginliyi diqqəti çəkib. Sammitə iştirak edən Misirin yeni prezidenti Məhəmməd Mürsi Suriyada baş verənlərin xalq inqilabı olduğunu deyib. O, Bəşər Əsəd rejimini “zalım” adlandırıb. Mürsinin çıxışı zamanı zalda əyləşən Suriya nümayəndə heyəti prezidentə etiraz olaraq konfrans zalını tərk edib.

“Zalım Suriya rejiminə qarşı mübarizə aparan Suriya xalqının yanında olmaq insanlıq və iman borcumuzdur. Suriya demokratik sistemə keçməlidir. Ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzədir. Bunu önləmək üçün Suriya müxalifətinin bir olması lazımdır. Suriyada qanın axmasına görə bütün dünya məsuliyyət daşıyır. Axan qan qarşısında səssiz qalmaq Suriya xalqına dost olanlara yaraşmaz”, – deyə Məhəmməd Mursi bildirib.