Qondarma soyqırımı inkar edənlərin cəzalandırılması layihəsi payızda müzakirəyə çıxarılacaq
Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırlması haqqında qanun layihəsi payızda yenidən Fransa parlamentinin gündəminə gətiriləcək. Türkiyə mediasının xəbərinə görə, Fransadakı “Ay data” erməni icmasının rəhbəri Qraçya Varjapetyan bildirib ki, Fransa prezidenti Fransua Oland söz verdiyi kimi bu təşəbbüsü dəstəkləyir.
Varjapetyanın sözlərinə görə, erməni ictimaiyəti Fransa prezidenti admnistrasiyası ilə birlikdə ötən layihədənin Konsitutsiya Şurasından keçməməsinə səbəb olan bütün məqamları tədqiq edərək qanun layihəsi üzərində işləyir. Əlavə edək ki, qanun layihəsi ilin əvvəlində Senat tərəfindən qəbul olunsa da, Konstitusiya Şurası layihəni konstitusiyaya zidd saydığı üçün onu ləğv etmişdi.