Baş nazir Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılacaq
Türekiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. ANS PRESS-in Türkiyə mətbuataına istinadla verdiyi məlumata görə, səfər sentyabrın 11-də reallaşacaq. Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.
Toplantıya Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.
Ərdoğan Bakıda azərbaycanlı rəsmilərlə görüşlər keçirəcək. Azərbaycandan sonra o, Ukrayna, Krım, Bosniya Hersoqovinaya gedəcək.