Türkiyənin “Fənərbaxça” komandası UEFA Çempionlar Liqasından ələnib. Avqustun 29-da dördüncü mərhələnin cavab görüşündə Moskva “Spartak”ını qəbul edən türklər heç-heçə ilə kifayətləniblər – 1:1. İlk oyunda 2:1 hesabı ilə üstün olmuş Rusiya klubu qrup mərhələsinə adlayıb. Digər oyunlar belə nəticələnib:
“Dinamo” (Ukrayna) – “Borussiya” (Mönhenqladbah, Almaniya) 1:2 (ilk oyun 3:1)
“Seltik” (Şotlandiya) – “Helsinqborq” (İsveç) 2:0 (2:0)
“Kluj” (Rumıniya) – “Bazel” (İsveçrə) 1:0 (2:1)
“Lill” (Fransa) – “Kopenhagen” (Danimarka) 2:0 (0:1).
“Dinamo”, “Seltik”, “Kluj” və “Lill” qrup mərhələsində oynamaq hüququ qazanıblar (“Media forum”).