Ben Ladenin ölümü haqda şok yenilik

ABŞ-da yayımlanacaq kitab “Əl-Qaidə” liderinin məhvinin pərdəarxası məqamlarını açıqlayacaq

ABŞ-da hələ satışa çıxmadan böyük səs-küyə səbəb olan “No Easy Day” (Asan Olmayan Gün) adlı kitabın bəzi parçaları mediada yayımlanıb. Kitab ABŞ xüsusi təyinatlıların “Əl-Qaidə” terror şəbəkəsinin lideri Üsəma ben Ladenin Pakistanın Abbotabad kəndində gizləndiyi evdə zərərsizləşdirilməsi əməliyyatının detallarından bəhs edir. Qalmaqallı kibatın müəllifi isə həmin əmiyyatda iştirak etmiş amerikalı xüsusi təyinatlılardan biridir.

“Huffington Post” qəzetinin bir kitab satıcısı vasitəsilə ələ keçirdiyi kitabdakı qeydləri tirajlayıb. “Mark Ouen” adlı psevdonim yazar kitabda xüsusi təyinatlıların Ben Ladenin olduğu otağa girmədən silah səsləri eşidildiyini və komandosların başçısı başında güllə yarası olan birini gördüyünü yazıb. “Ouen” yazıb ki, səsboğucu quraşdırılmış silah səslərini eşidəndə nərdivanların ən təpəsinə beş pillə qalıbmış. Xüsusi təyinatlı olduğu yerdən güllələrin hədəfə dəyib-dəymədiyini bilmədiyini və atəş açan şəxsin qaranlıq otaqda yoxa çıxdığını yazıb: “Xüsusi təyinatlılar bir az gözlədikdən sonra otaöa girdi və bir neçə qadının yerdə hərəkətsiz vəziyyətdə qalmış Ben Ladenə sarılaraq ağlayırdı”.

Əvvəllər yayılan xəbərlərdə “Əl-Qaidə” liderinin əlində silah olduğu və xüsusi təyinatlılar onun gizləndiyi otağa girdi zaman müqavimət göstərməyə çalışdığı yer almışdı. Ancaq “Ouen” Ben Ladenin əməliyyat zamanı silahsız və otağa girdikləri vaxt çox ağır yaralı olduğunu yazıb:“Başının yan tərəfindən qan və beyin axmışdı. Ölümlə çarpışırdı. Silahlarımızın lazer işığını sinəsinə tuşlayıb atəş açdıq. Güllələr bədənini deşib keçdi. Xüsusi təyinatlılar ölmüş şəxsin Ben Laden olduğunu dəqiqləşdirmək üçün yerdəki meyitin üzünü araşdırdılar və otaqdakı qadınları soröu-suala tutublar”.

“Ouen” kitabda bəhs edilən silah səslərinin xüsusi təyinatlılara verilən missiyaya uymadığına da diqqət şəkib. Onun sözlərinə görə, xüsusi təyinatlılara Ben Laden təhlükə yaratmayacağı təqdirdə öldürməmək və həbs etmək tapşırığı verilibmiş. Xüsusi təyinatlılar Ben Ladenin otağında bir “AK-47” avtomatı, bir ədəd isə “Makarov” tipli tapança tapıb. Ancaq həmin silahlar boş imiş.

Qalmaqallı kitabın müəllifi “Əl-Qaidə” liderinin hücuma hazırlaşmadığını və həttta müdafiə olunmadığını yazıb:“Döyüşməyə niyyəti yox idi. Müdafiə olunmurdu belə. İllər boyu kamikadzelərə partlayıcı jilet geymələrini ya da binalara təyyarə ilə çırpılmalarını əmr etsə də, özü əlinə silah almadı. Hədəf olan adam iyerarxiyanın nə qədər təpəsindədirsə bir o qədər də qorxaq olur”.

“Mark Ouen” kitabında xüsusi əməliyyatla bağlı yayılan xəbərləri də sərt tənqid edib. O, olayın boevik filmlər kimi təqdim olunmasına qarşı çıxıb:“Hadisəni macəra filmi kimi təqdim olundu. Çox gülməli alındı. Xüsusi təyinatlılar evin bayırında olanda onlara atəş açılmadı. 40 dəqiqə silahlı qarşıdurma yaşandığı haqda deyilənlər yalandır. Ben Laden onu öldürməyə gələnlərin gözünə baxmağa macal tapmadı”.