Keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun əfv üçün müraciət etdiyi haqda ölkə mətbuatında məlumat yayılıb. İnsanovun vəkili Toğrul Babayev “Azadlıq”ın əməkdaşına bu məlumatın doğru olmadığını deyib.
Vəkil bildirib ki, avqustun 29-da Əli İnsanovla görüşüb. İnsanov ona əfv üçün müraciət etmədiyini və etmək fikrində olmadığını deyib.
Vəkil keçmiş nazirin səhhətinin normal olduğunu da əlavə edib.
“Əli İnsanov əfv ərizəsi yazmayıb”
•