ANS-i tərk edən yazıçı-publisist Orxan Fikrətoğlu Azad Azərbaycan Televiziyası ilə danışıqlara başlayıb. Orxan Fikrətoğlu “kulis.az” saytına açıqlamasında xəbəri təsdiqləyib. Yazıçı bildirib ki, sentyabrın 1-də ATV kanalına gedib-getməyəcəyi dəqiqləşəcək. Məşhur jurnalist televiziyada hansı layihədə çalışacağı haqda açıqlama verməyib. Qeyd edək ki, ATV rəhbərliyi aparıcı İradə İsaqı da televiziyaya dəvət edib.
Orxan Fikrətoğlu ATV-yə keçir
•