Ərəfatın ölümüylə bağlı cinayət işi açıldı

Fransada əfsanəvi liderin sui-qəsdə uğraması iddialarını istintaq araşdıracaq

Fransada əfsanəvi Fələstin lideri Yasir Ərafatın 2004-cü ildə ölümüylə bağlı cinayət işi açıb. Cinayət işinin istintaqına da start verilib. “AFP” agentliyi adı açıqlanmatan mənbələrə istinadən bildirib ki, cinayət işi Ərafat ailəsinin tələbindən sonra başladılıb. Əfsanəvi liderin ailəsi onun radioaktiv polonium maddəsi ilə zəhərlənərək öldürüldüyü iddiasını irəli sürüb.

Xatırladaq ki, Qətərin “Əl-Cəzirə” kanalı iyulda 9 ay davam edən araşdırmadan sonra Yasir Ərəfatın şəxsi əşyalarında nadir hallarda rastlanan zəhərli maddə polonium izlərinin aşkarlandığını bildirmişdi. Xəbərə görə, mütəxəssislər aparılan laborator araşdırmalardan sonra Ərafatın öldüyü vaxt onun bədənində yüksək miqdarda polonium olduğu nəticəsinə gəlmişdi.