Oland “ erməni soyqırımı”ndan danışdı

Fransa prezidenti qondarma iddiaların dəsrliklərə salınması əmrinin vermədiyini deyir

Fransa prezidenti Fransua Oland qondarma erməni soyqırımı haqqında dərsliklərə məlumat salınması haqqında təlimat vermədiyini açıqlayıb. Türkiyə mətbuatının yazdığına görə, Fransa prezidenti məsələdən xəbərdar olmadığını bildirib:“Qərar məndən gəlməyib, amma haradan gəldiyini soruşub öyrənəcəm. Sizə də məlumat verəcəm”.

Fransanın Türkiyədəki səfiri Loren Bili qondarma soyrıqım məsələsi ilə bağlı çalışmanın Təhsil Nazirliyi tərəfindən uzun illərdir davam etdiyini söyləyib. Onun sözlərinə görə, “soyqırım” qanunla qəbul edilib və bu mövzunun gündəmə gəlməsi sürpriz olmamalıdır.

Xatırladaq ki, 1915-ci ildə baş verən hadisələrin Fransanın orta məktəb tarix və çoğrafiya dərsliklərinə qondarma soyqırım adı altında bölmə kimi salınması haqqında informasiya yayılıb. Fransanın 1945-ci ildə Əlcəzairdə törətdiyi qətliam isə kitablarda “üsyanı yatırmaq” təqdim olunub.