“Fənərbaxça”: davam, yoxsa tamam?

Bu axşam Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutacaq.

Fransan “Lill” klubu doğma azarkeşləri önündə Danimarkanın “Kopenhagen” komandasını sınağa çəkəcək. Fransa təmsilçisi səfərdə rəqibinə 0:1 hesabı ilə uduzduğundan cavab matçında mütləq qələbə qazanmalıdır.

Ukraynanın “Dinamo” (Kiyev) klubu doğma meydanda Almaniyanın “Borussiya” (Münhenqladbax) komandası ilə qarşılaşacaq. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Kiyev təmsilçisi bu görüşə rahat çıxacaq.

Azərbaycanlı futbolsevərlərin bütün diqqəti İstanbula yönələcək. Burada yerli “Fənərbaxça” klubu Rusiyanın “Spartak” (Moskva) komandasını qəbul edəcək. İlk görüşdə 1:2 hesabı ilə uduzan “Fənərbaxça” həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, dünən keçirilən 5 oyunla qrup mərhələsinin daha 5 sahibi müəyyənləşib. Bunlar BATE, “Dinamo”, “Braqa”, “Malaqa” və “Anderlext” klublarıdır.

29 avqust

Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları

23:45. “Fənərbaxça” (Türkiyə) – “Spartak” (Rusiya) (İlk oyun – 1:2)

23:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Borussiya” ( Münhenqladbax, Almaniya) (İlk oyun – 3:1)

23:45. “Seltik” (Şotlandiya) – “Helsinqborq” (İsveç) (İlk oyun – 2:0)

23:45. “Kluj” (Rumıniya) – “Bazel” (İsveçrə) (İlk oyun – 2:1)

23:45. “Lill” (Fransa) – “Kopenhagen” (Danimarka) (İlk oyun – 0:1)

28 avqust

23:45. “Hapoel” (Kiryat Şmona, İsrail) – BATE (Belarus) (İlk oyun – 0:2) – 1:1
Qollar: Lenkse, 67 (1:0), Pavlov, 90 (1:1)

23:45. “Anderlext” (Belçika) – “AEL” (Kipr) (İlk oyun – 1:2) – 2:0
Qollar: Kanu, 81 (1:0), Lakovenko, 89 (2:0)

23:45. “Udineze” (İtaliya) – “Braqa” (Portuqaliya) (İlk oyun – 1:1) – 1:1 (Penaltilər seriyası – 4:5)

“Udineze”: + + – +

“Braqa”: + + + + +

Qollar: Armero, 25 (1:0), Mikael, 72 (1:1)

23:45. “Maribor” (Sloveniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (İlk oyun – 1:2) – 0:1
Qol: Tonel, 12 (0:1)

23:45. “Panatinaikos” (Yunanıstan) – “Malaqa” (İspaniya) (İlk oyun – 0:2) – 0:0