Avqustun 29-da N saylı hərbi hissənin əsgəri, 2012-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir.
Ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.
Silahlı Qüvvələrin və Səhiyyə Nazirliyinin baş mütəxəssisləri tərəfindən ən müasir müayinə və müalicə metodlarının tətbiqinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.