Qoşulmama Hərəkatının Tehranda keçirilən 16-cı sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Azərbaycan nümayəndə heyəti sammitə avqustun 30-31-də qatılacaq. “Bu, kifayət qədər yüksək səviyyəli nümayəndə heyətidir”, – deyə E. Abdullayev bildirib (APA).
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Qeyd edək ki, sammit çərçivəsində avqustun 28-29-da keçirilən xarici işlər nazirləri konfransında Azərbaycandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.