Azərbaycanla sərhədi zastavada atışma: 9 ölü

Dağıstanın Dərbənd rayonunun Bilici qəsəbəsindəki sərhəd zastavasında atışma olub. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi xəbərə görə, zastavanın hərbi qulluqçularından biri əvvəl zastavanın girəcəyində üç yoldaşını qətlə yetirib. Sonra isə sərhədçilərin yatdığı kazarmaya daxil olaraq, daha 6 nəfəri öldürüb. Sərhədçilərdən biri onun özünü vuraraq zərərsizləşdirməyə nail olub.
Hazırda baş verən hadisənin səbəbi araşdırılır.

Zastava Xəzər dənizi sahilində, Azərbaycanla Rusiya sərhədində yerləşir.