2012-ci ilin sonunadək Tiflis tamamilə Wi-Fi internetlə əhatə olunacaq. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt meriyasında “Kommersant” radiosuna bildiriblər ki, layihə üzrə işlər qrafik əsasında aparılır və heç bir gecikmə müşahidə olunmur.
Hazırda Tiflisin Varketili, Qldani rayonlarında, habelə Ağmaşenebeli və Rustaveli prospektlərində Wi-Fi internetdən istifadə etmək olar.