Əsgər əsgəri öldürdü

Qanlı hadisə cəbhə bölgəsindəki hərbi hissədə baş verib

Azərbaycan Ordusunda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Əsgərlər Sevmət Sarbala oğlu Sarbalayev və Orxan Rövşən oğlu Alıyev arasında mübahisə düşüb, mübahisə sonradan davaya çevrilib. Nəticədə S.Sarbalayev O.Alıyevə bıçaqla xəsarət yetirib. Bıçaq xəsarəti alan əsgər təcilli olaraq Goranboy Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən O.Alıyev Kürdəmir rayonundan, S.Sarbalayev isə Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. O. Alıyevin xidməti başa vurmasına iki ayı qalıbmış.