Samsungun indiyə qədər bazara çıxardığı ən ağıllı telefonu Samsung Galaxy S3
Samsung Galaxy S3 Samsungun tarixindəki ən müvəffəqiyyətli cihazıdır. Cihaz, o qədər maraq gördü ki, iPhone 4S’in satışlarının sürətini belə keçdi. iPhone 4S, bazara çıxdığı ilk həftə 9 milyon ədəd satmışdı. Samsung Galaxy S3 isə bu rəqəmi keçib, ilk həftəsində 15 milyon ədəd satdı.
Samsung Galaxy S3 ümumi olaraq Samsung Galaxy S II və Samsung Galaxy Nexus arasında bir dizayna sahibdir. Kənarları yuvarlaşdırılmış dizayna bir də fiziki” Home” düyməsi əlavə olunub. Bu fiziki düymənin iki tərəfində isə” Seçimlər” və” Geri” düymələri var. Bu sensor düymələr ekranın deyil, aşağıda dayandığı üçün qəşəng bir görünüş təmin edir.
Samsung Galaxy S3, Android 4.0.4 Ice Cream Sandwich olaraq satılır. Android 4.0 üzərinə də Samsungun ilk dəfə Galaxy Note ilə təqdim etdiyi TouchWiz 5.0 xüsusi interfeysi yüklənib. TouchWiz 5.0-inın bir digər adı da Nature UX-dir. Xüsusilə ekran kilidini, su üzərində əlinizi gəzdirərək açmaq mümkündür. Ayrıca kilid ekranında istədiyiniz xüsusiyyətləri yerləşdirərək, birbaşa ana ekran yerinə istifadə etmək istədiyiniz xüsusiyyətə (kamera, skaner kimi) keçə bilirsiniz.
Cihazın içərisində bir çox Samsung proqramı var. Bunlardan ən diqqət çəkəni, Applenin xatırladan S Voice proqramdıdır. Bu proqram ilə telefonunuza səsli əmrlər verə bilirsiniz.Samsung Galaxy S3’ün həssas sensor ekranı ilə barmağınızla belə rahatca istifadə edə bilərsiniz.
Bundan başqa Samsung Galaxy S3-ün daha bir özəlliyi telefon kliddə olan zaman ön kamerasına baxaraq üz cizgilərindən telefon sahibini tanıyır və kiliddən çıxır. Daha bir üstünluyü isə telefon sizin uzaqda olmanızı bilir.Telefona yaxınlaşdıqdan sonra telefon sizə edilmiş zəngləri mesajları sizə bildirir. Samsung Galaxy S3 əgər səssizlik hiss edərsə səssiz rejimə keçir.İşıqlıq və ya səs duyarsa yenidən əvvəlki normal vəziyyətinə qayıdır və gələn zənglər haqqında məlumat verir.
Samsung Galaxy S3-ün maraqla gözlənilən bir başqa xüsusiyyəti də kamerasıdı. 8 MP’lik kamera ilə olduqca yaxşı fotoşəkil çəkə bilirsiniz. HDR xüsusiyyəti olan Samsung Galaxy S3’ün kamerası çox işıqlı, çox qaranlıq ya da çox çox kontrast fərqi olan mühitlərdə də olduqca yaxşı fotoşəkil çəkə bilir. Samsung Galaxy S3 ilə çəkdiyimiz fotoşəkilləri özünüz araşdırıb, daha ətraflı görə bilərsiniz.
Bazara çıxan bir çox telefon artıq sabit olaraq 8 GB yaddaş sahəsi təqdim edir və bunların çoxu da microSD kart istifadə etməyə icazə vermir. Samsung Galaxy S3də isə həm 16/32/64 GB-lıq daxili yaddaş sahəsi həm də 64 GB-a qədər microSD kart istifadə edə yəni cəmdə 128 GB-a qədər yaddaş sahəsinə sahib ola bilirsiniz.
Samsung Galaxy S3, üzərində indiyə qədər bir ağıllı telefonda gördüyümüz ən güclü batareyanı daşıyır: 2150 mAh.
Elşad