İqtisadi böhranla əlaqədar olaraq Yunanıstanın baş naziri Antonis Samaras dövlətin xidmətində olan üç təyyarədən ikisindən imtina edib. Bununla baş nazir büdcə xərclərini müəyyən dərəcədə azaltmaq niyyətindədir. Braziyanın Embraer şirkətinin istehsal etdiyi 13 yerlik reaktiv təyyarə auksiona çıxarılaraq satılacaq. Əldə olunan vəsait isə Yunanıstan ordusuna veriləcək. Eyni şirkətin istehsalı olan digər 30 yerlik təyyarə isə kəşfiyyatçı pilotların sərəncamında olacaq. Onlar həmin təyyarədə sınaq uçuşları edəcəklər. Bundan başqa 30 nəfərlik bu təyyarə yaralıların təxliyəsi üçün də istifadə olunacaq. Hələ ki, Yunanıstan hökumətinin ixtiyarında bir Gulfstream təyyarəsi var. Amma zərurət yaranarsa, bu təyyarənin də satılacağı istisna edilmir. Hazırda dövlət büdcəsinin xərcləri ilə bağlı ciddi problemlər yaşayan Yunanıstan sentyabrın ortalarına qədər gəlirlərini artırması və xərclərini mümkün qədər azltması gərəkdir.
Onu da qeyd edək ki, bu baş nazirin ixtisarla bağlı birinci addımı deyil. Bundan öncə o mühafizə xidmətindən 25 nəfəri ixtisara salmışdı.
Onu da qeyd edək ki, Yunanıstanın əhalisinin sayı txminən Azərbaycanla eynidir. Hazırda bu ölkənin əhalisinin sayı 10 milyondur. Amma buna baxmayaraq Yunanıstanda ÜDM Azərbaycandan qat-qat artıqdır. Müvafiq olaraq Yunanıstanda bu rəqəm 294 milyard, Azərbaycanda isə 50 milyard dollardır.
Xəyal