Bu axşam Çempionlar Liqasında kimlər oynayır?

Bu axşam Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə start veriləcək.
İlk oyun günündə 5 qarşılaşma baş tutacaq.
İtaliyanın “Udineze” klubu doğma azarkeşləri önündə Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. İlk oyunda 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz İtaliyada aydınlıq gələcək.
“Neftçi”ni mübarizədən kənarlaşdıran İsrailin “Hapoel” (Şmona Kiryat) klubu öz meydanında Belarusun BATE komandasını qəbul edəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan “Hapoel” həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Maraq doğuran görüşlərdən biri də Yunanıstanda baş tutacaq. Burada yerli “Panatinaikos” klubu İspaniyanın “Malaqa” komandası ilə qarşılacaq. İlk görüşdə 2:0 hesabı ilə qələbə qazanan “Malaqa” bu üstünlüyünü qorumaq niyyətindədir.
Qeyd edək ki, play-off mərhələsinin oyunlarında sabah keçiriləcək 5 qarşılaşma ilə yekun vurulacaq.
28 avqust
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları
23:45. “Hapoel” (Kiryat Şmona, İsrail) – BATE (Belorusiya) (İlk oyun – 0:2)
23:45. “Anderlext” (Belçika) – “AEL” (Kipr) (İlk oyun – 1:2)
23:45. “Udineze” (İtaliya) – “Braqa” (Portuqaliya) (İlk oyun – 1:1)
23:45. “Maribor” (Sloveniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (İlk oyun – 1:2)
23:45. “Panatinaikos” (Yunanıstan) – “Malaqa” (İspaniya) (İlk oyun – 0:2)
29 avqust
“Fənərbaxça” (Türkiyə) – “Spartak” (Rusiya) (İlk oyun – 1:2)
“Dinamo” (Kiyev, Ukrayna) – “Borussiya” ( Münhenqladbax, Almaniya) (İlk oyun – 3:1)
“Seltik” (Şotlandiya) – “Helsinqborq” (İsveç) (İlk oyun – 2:0)
“Kluj” (Rumıniya) – “Bazel” (İsveçrə) (İlk oyun – 2:1)
“Lill” (Fransa) – “Kopenhagen” (Danimarka) (İlk oyun – 0:1)
Qol.az