Bakıda keçirilən “Miss Civilization Azerbaijan 2012” ( Azərbaycan mədəniyyət gözəli) müsabiqəsindən sonra qalmaqal yaranıb.
Münsiflər heyətinin türkiyəli üzvü Cengiz Aşkın müsabiqənin final gecəsi günü Novxanıda naməlum şəxslər tərəfindən döyülüb (Lent.az).
“Məni kimin vurduğunu görmədim. Gözləmirdim ki, məni vurarlar. Özümü itirəndən sonra məni döyüblər”, – deyə Aşkın bildirib.
Bədənində çoxsaylı xəsarətlər olan Aşkın polisə müraciət edib. O, döyülməsini hadisəni törədənlərin istədiyi adama səs verməməyi ilə əlaqələndirir.
Türkiyəli müğənni Novxanıda döyüldü
•