“London taksi”lərinin sürücüləri aksiyaya hazırlaşır

Nəqliyyat Nazirliyinin qarşısında…

“London taksiləri”ndə “tas” qaldırılıb. Bu barədə “Azadlıq”a məlumatı sürücülər verib. Onların sözlərinə görə, gündəlik haqq 21 manatdan 28 manata qaldırılıb: “Günə 7 manat aya 210 manat edir. ”Eurovision” musiqi yarışmasına görə, bizə bir qədər güzəşt etdilər. Indi yenidən qiyməti qaldırıblar. Gündəlik haqq çox bahadır. Bu bizə sərf etmir”.
Sürücülər deyir ki, oturmaqla işləri düzəlməyəcək: “Məcburuq ki, etiraz edək. Bu yaxınlarda Nəqliyyat Nazirliyinə gedəcəyik. Ziya Məmmədovla görüş tələb edəcəyik. Əgər nazir bizimlə görüşməsə, Nazirliyin qarşısında aksiya keçirəcəyik”.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Bakıya 1000 ədəd “London taksi” gətirilib. Bütün marşurutlar xəttdədir. Deməli, gündəlik haqq 7 manat qaldırılmaqla bu, günə əlavə olaraq 7 min, aya 210 min manat qazanc əldə etmək deməkdir.

Ramin DEKO