Robotların idman birinciliyi (VİDEO)

Başa çatan Olimpiada ilə avqustun 29-da başlayacaq Paralimpiya oyunları ilə yanaşı Britaniya daha bir beynəlxalq yarışların sahibi olub.
Bristol şəhəri ilk dəfə robotların RoboWorld Cup birinciliyini qəbul edib.
Dünyanın aparıcı texnoloji mərkəzlərini təmsil edən robotlar futbol üzrə dünya kubokunu qazanmağa çalışacaqlar.
Bununla yanaşı electron idmançılar arasında basketbol, ağırlıq qaldırma və yüngül atletika birincilində də mübarizə aparılacaq.
Qısa məsafəyə qaçış üzrə yarışa qatılan robotlar 3 metr qaçdıqdan sonra geri – final xəttinə qayıtmalı olacaqlar.
Ağırlıq qaldırmada isə robotların ştanqalarına əlavə DVD diskləri asılacaq.
1996-ci ildə ilk yarşılarının təşkilatçısı dr. Guido Hermann deyir ki, 89 DVD çəkisini yerdən ayıran əcnəbi robotunun rekordu bu il azı təzələnə bilər.
Hərçənd ki, o yeni 100 DVD-lik rekorda ümid bəslədiyini də dilə gətirib.

BBC Azəri