ABŞ Rusiyanın enerji sektoru ilə əməkdaşlığa qadağalar qoydu

ABŞ-ın Maliyyə Nazirliyi amerikalılara bir sıra enerji layihələrində Rusiyaya köməklik göstərməyi qadağan edib.

Bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına, xüsusilə dərinsulu kəşfiyyat işlərində, Arktikada neft hasilatında və şist qazı ilə bağlı layihələrdə Rusiyaya köməklik göstərmək qadağan olunub.