Lənkəranda “Gilan”a məxsus müəssisənin yandırılması barədə iddialar var
Lənkəranın Sütəmurdov kəndində “Gilan-Holdinq” Şirkətlər Qrupuna məxsus Konserv zavodunda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın nəticəsində zavodun 350-400 kv.m sahədə dam örtüyü və anbarın yanar konstruksiyaları, anbarda olan tara və plastik qablar yanıb. Zavodun inzibati binası, istehsalat sexləri və ətraf tikililər yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.
Məlumat üçün deyək ki, “Gilan Holdinq” Şirkətlər Qrupu fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.
“Azadlıq”a daxil olan məlumatlara görə, 10 hektara yaxın sahəsi olan zavod Olimpiya Kompleksinə və ölkə başçısı Ilham Əliyevin iqamətgahına yaxın ərazidə yerləşir. Lənkəranda danışırlar ki, zavoddakı yanğın təsadüfi deyil. Iddaialar var ki, zavod yandırılıb. Lakin zavodun yandırıldığını iddia edənlər bunun Kəmaləddin Heydərova qarşı, yoxsa ümumiyyətlə Azərbaycana qarşı təxribat olduğunu söyləməkdə çətinlik çəkirlər. Rayondan daxil olan xəbərlərdə o da bildirilir ki, yanğının güclənməsi yanğınsöndürənlərin hadisə yerinə vaxtında gələ bilməməsilə əlaqədardır.
Hikmət