Aİ və Azərbaycan arasında danışıqlar noyabrda davam etdiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 6-7-i Brüsseldə keçiriləcək.

Bu barədə  məlumatı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis verib.

Onun sözlərinə görə, bu danışıqlar zamanı sazişin siyasi tərəfi müzakirə olunacaq.

Azadliq.info