Nəqliyyat nazirini şəhərin mərkəzindən ucqara “sürgün” edirlər
Nəqliyyat naziri Ziya Məmmədov bəzi dövlət qurumlarının şəhərin mərkəzindən köçürülməsi qərarını hiddətlə qarşılayıb. Səbəb onun da rəhbərlik etdiyi qurumun bu siyahıya salınmasıdır.
“Azadlıq”a daxil olan məlumatlara görə, Nəqliyyat Nazirliyi Xətai rayona ərazisinə köçürüləcək. Ziya Məmmədov isə bu qərarla razı deyil. Nazir hesab edir ki, formal olaraq nazirliyin tərkibində olan “Azal”ın və Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin ofisləri şəhərin mərkəzində olduğu halda, nədən onun rəhbərlik etdiyi qurum ucqara köçürülməlidir?! Lakin Ziya Məmmədovun hiddətlənməsinin nəticəsi olmayacaq. Yəni, Nəqliyyat Nazirliyinin, qurumun nəzdində olan idarələrin şəhərin ucqarına köçürülməsi barəd qərar qətidir. Məlumatda o da bildirilir ki, Nəqliyyat Nazirliyin tərkibinə daxil əsas qurumlardan “Azəryolservis” Biləcəri qəsəbəsinə köçürələcək.
Hikmət