Misir Mərdanov mülklərini satır

m merdanovTəhsil naziri əmlakını nədən satışa çıxarıb?

Təhsil naziri Misir Mərdanov mülklərini satışa çıxarıb. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, nazir bir müddətdir ki, həm Azərbaycanda, həm də xaricdə olan mülk və obyektlərinə müştəri axtarır.
Misir Mərdanovun əmlakını satması vəzifədə qalması üçün üzərinə iri öhdəliklər qoyulması ilə izah edilir. Lakin bəzi məlumatlara görə, Misir Mərdanov 2013-cü il prezident seçkisinə qədər vəzifədən gedəcəyindən ehtiyat edərək əmlakının əlindən çıxacağını düşünür. Bu baxımdan da indidən onları sataraq pula çevirir.

Hikmət