ullu təhsilə etiraz edənlərlə polis toqquşdu
Çili hökumətinin təhsil haqlarının artırılmasını və digər təbdirləri nəzərdə tutan islahatları ölkədəki tələbələrin kəskin etirazına səbəb olub. Ölkənin müxtəlif şəhərlərində pullu təhsilə qarşı çıxan minlərlə tələbənin qatıldığı etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalar yaşanıb. Paytaxt Santyaqoda keçirilən aksiya zamanı 113 nəfər həbs olunub. Polis tələbələrin aksiyasını dağıtmaq üçün göz yaşartıcı bomba və su şırnaqlarından istifadə edib. Tələbələr isə polislərə daş və digər bərk alətlərlə cavab verib. Yaranmış qarşıdurmada çoxlu sayda tələbə və polisin yaralandığı deyilir
Ölkə prezidenti Sebastyan Pinera isə olayları əhəmiyyətsiz adlandırıb. Onun “ölkəmizdəki 11 min təhsil ocağından 9-u yeni təhsil islahatlarına etiraz edir. Bu da Çilidəki bütün məktəblərin 1 faizini təşkil edir. Hökumət kimə qulaq asmalıdır?” açıqlaması tələbələri daha da qəzəbləndirib. Çili Universiteti Tələbə Federasiyasının rəhbəri Kamila Vayexo prezidentin məlum açıqlamasında sonra etiraz aksiyalarına çıxanların sayında artım olduğunu deyib:“Kimsə Çillinin ictimai və siyasi böhranda olduğunu inkar edə bilməz”.