Mit Romni Suriya məsələsində Ankaranın fəallığını önəmli sayır
ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Mit Romni Suriya və İran məsələsindən danışıb. Suriyadakı kimyəvi silahların terrorçuların əlinə keçməsini önləmək üçün bölgəyə hərbi kontingentin göndərilməsinə toxunan Romni deyib ki, bütün variantlar gündəmdə olmadı və əsasən də Türkiyənin mövqeyi mühüm əhəmiyyət kəsb edir:“ABŞ hər hansı bir növdə kütləvi qırğın silahının terrorçuların əlinə keçməsini önləmək üçün lazımlı hər addıma hazır olmalıdır. Addımlar sırasında müttəfiqlərlə birgə hərəkət və hərbi müdaxilə də nəzərdən keçirilməlidir. Türkiyə bu məsələdə olanları yaxından izləyir. Səudiyyə Ərəbistanı da həmçinin. Özümüzü və dostlarımızı bütün variantlar əlimizdə olmalıdır”.
İranın nüvə proqramına və bu ölkə ilə Qərb arasında yaranmış gərginliyə toxunan respublikaçı namizəd bildirib ki, Tehran rejiminin nüvə silahı əldə etməsini önləmək üçün konkret addımlar atılmalıdır:“ABŞ İranın nüvə gücünə çevrilməsi və bu ölkə ilə yaxınlıq edən “Hizbullah” kimi terrorçu təşkilatlara dəstək verməsini qəbul edə bilməz. Bu nəinki region ümumilikdə dünya üçün təhlükədir”.