Əsəd kimyəvi silaha əl atdı

Bu iddia ilə suriyalı müxaliflər çıxış edib

Suriyalı müxaliflər internetdə paylaşdıqları videogörüntüdə Bəşər Əsəd rejiminin üsyançılara qarşı kimyəvi silah istifadə etdiyini bildirib. Müxaliflərin Hələb İnqilabı qrupunun yaydığı kadrlarda bədəni yanmış bir uşağı görüntüləyib. Görüntülərdə müxaliflərin səyyar xəstəxanasına gətirilən uşağın bədəninin dərisinin tamamilə yandığı görünür. Müxaliflər bu yanıqların kimyəvi silah nəticəsində meydana gəlmiş yaralara bənzədiyini iddia edir.