75 yaşlı Berluskoni yenidən ata olacaq

Uşağı 38 yaşlı aktrisa dünyaya gətirəcək

Bosniya əsilli alman aktrisası Sabina Beqan hamilədir. Beqan uşağının atasının 75 yaşlı siyasətçi, İtaliyanın keçmiş baş baziri Silvio Berluskoni olduğunu açıqlayıb.

Aktrisa “Niyə məhz Berluskonidən hamilə qaldığına belə əminsən?” sualına belə cavab verib; “Hər şey çox sadədir. Mən yalnız onunla olmuşam”.

Model 75 yaşlı siyasətçinin ata olacağı xəbərinə reaksiyasını danışmaqdan imtina edib.

Beqanın 3 aylıq hamilə fotoları bu ayın əvvələrində İtalyanın internet-jurnallarında peyda olub. Aktrisa o zaman uşağının atasının Berluskoni olduğunu açıqlamamışdı. Deyilənə görə, onların romanı 2008-ci ilin mayında başlayıb, 2012-ci ilin mayında isə o, eks baş nazirdən uşaq istədiyini elan edib.

Qeyd edək ki, alman aktrisası Berluskoninin 2008-2009 illərdə təşkil etdiyi gecələrin işində əsas fiqur idi. Keçmiş baş nazir hələ də yetkinlik yaşına çatmamış fahişələrin xidmətindən istifadədə günahlandırılır.

Sabina Beqan 1974-ci ildə anadan olub. 1996-cı ildə aktrisa italyan seriallarında çəkilib. Rəsmi mənbələrə əsasən, Berluskoninin iki həyat yoldaşından 5 övladı – 2 oğlu, 3 qızı var. Onlardan ən böyüyü Marina Berluskoninin bu ilin 6 avqustunda 46 yaşı tamam oldu.

ansprees.com