Zərdab polisində bu günlərdə ölən Arzu Hüseynovun YouTube sosial şəbəkəsində görüntüləri yayılıb. Görüntülərdə onun boynunda, qollarında və başında xəsarət izləri göstərilir.
ÖZ ƏCƏLİ İLƏ ÖLƏN ADAMIN BOYNUNDA İZLƏR OLUR?
Avqustun 21-də Zərdab rayon Polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Arzu Yusif oğlu Hüseynov vəfat edib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinin ilkin rəyinə görə, məhbus ürək-damar çatışmazlığından ölüb.
Mərhumun atası Yusif Hüseynov isə bildirir ki, oğlunun səhhətində heç bir problem olmayıb. O, oğlunun döyülərək öldürüldüyünü iddia edir:
«Ürəkdən ölən adamın belində, ürəyinin üstündə qaraltı olar. Bunun boynunda, qollarında, burnu üzərində işgəncə izləri var. Öz əcəli ilə ölən adamın boynunda niyə şırım izləri var? Demək, bu öz əcəli ilə yox, işgəncə ilə döyülərək öldürülüb».
Yusif Hüseynov hadisənin araşdırılması üçün prokurorluq orqanlarına müraciət edib.
azadliq.org