Reklam çəkilişləri üçün ölkəmizə gələn Türkiyənin məşhur aktrisası Aydan Şener burada daha bir təklif alıb.
Lent.az-ın məlumatına görə, bunu avqustun 23-də keçirilən mətbuat konfransında rejissor Şahin Zəkizadə söyləyib. Onun sözlərinə görə, Ayden Şenerə Bakıda yeni bir serialda rol təklif olunub. Serialın çəkilişləri bir neçə aydan sonra başlayacaq. Hələlik film haqqında heç bir məlumat verməyən rejissor bildirib ki, baş rolu Aydan Şener ifa edəcək. Azərbaycan aktyorlarından da bir neçə tanınmış sima serialda rol alacaq.